Hip Hop Namə, Vol. 2

Şou Biznes

by Elşad Xose

on Hip Hop Namə, Vol. 2 (2022)

Skit

Şou-biznes, şou-biznes,
Vahid Qədim
Şou-biznes, şou-biznes,
Elşad Xose
Şou-biznes, şou-biznes,
Ey şou-biznes əhli
Şou-biznes, şou-biznes,
Şou-biznes əhli

Verse 1 (Qədim)

Şou-biznes, şou-biznes,
Elə aləmdi , bu aləm, ki bu dəm sanki cəhənnəm.
Yığılıb cəm yeni görkəm, yeni imic, səsi xaric,
Özü çılpaq, gözü oynaq, üzü ancaq, üzü yumşaqdı, küsənlər, barışanlar, yarışanlar, danışanlar, atışanlar, çalışanlar, alışanlar və sönənlər,
Gözə ulduz görünənlər.
Bu palaznan bürünənlər, sürünənlər
Uçacaqlar, qaçacaqlar, neçə qapılar açacaqlar,
Verib sponsora zəhmət,
Bura zəhmət, ora zəhmət,
Yaradar, istəsə hər kəs şou biznes.

Hook x2 (Elşad)

Rakata çıkada, çıkada, çıkada

Şou-biznes, şou-biznes, bura pul gələn bunlardı.
Şou-biznes, şou-biznes, taxılan sırqa, qulaqdı.

Verse 2 (Elşad)

Kimi son, kimdə əzəldi,
Araba kimdə gözəldi,
Kimi rep, kimdə qəzəldi şou-biznes, şou-biznes.
Görünür hamı efirdə,
Vidi əla da, kifir də
İçəni vardı çefir də, şou-biznes, şou-biznes.
Sponsora veriblər CV, CVylə də tapır civi,
Ürəyi ulduz istiyir, şit olan kəs duz istəyir.
Göstərən var öz ailəsin, qonum-qonşusun, dayəsin.
Nəyə lazım hamı bilsin, şou-biznes, şou-biznes.
Qalmaqal – təşviş açarı, oxuyan veriliş aparır,
Pis oxusa da əla çalır şou-biznes, şou-biznes.

Verse 3 (Qədim)

Şou-biznes, bu işin çarəsi göydür,
Bunu döydür, onu söydür,
Ən əzəl rinqə gəlirlər, sonra reytinqə gəlirlər.
Eləbil cəngə gəlirlər, yorulub təngə gəlirlər.
Bu deyir, sən qocalıbsan, o deyir, dalda qalıbsan.
Birinin nömrəsi 1-dir, lap efirdir,
O-biri əjdaha, şirdir.
Güləşirlər, dirəşirlər,
Göyərib maviləşirlər.
Bu ya dəbdən, ya əsəbdən, ya qəzəbdən, nə səbəbdən?
Görünür, mavidir ekran.
Sənə qurban, bu gedişlə ,belə işlə gedəcəkdir haracan bəs şou-biznes?

Verse 4 (Elşad)

Efiri yoxdu, dirəndi,
Hamı görməkdən iyrəndi.
Bizimki gedən karvanddır, sizinki itdi, hürəndir!
Hələ ki, puldu qabaqda.
Oxudar toyda, ya bağda.
Dünəni qalıb sabahda, şou-biznes, şou-biznes.
Eləsi var narahatdı ki, həyat sanki paraddı.
Çoxunu o, dala atdı, şou-biznes, şou-biznes.

Verse 5 (Qədim)

Çoxu bilmir nədir mahnı.
Nə bu gününü, nə sabahını.
Boğa bilmirsə tamahını,
Alınır hər şeyi kredit,
Danışır şit, geyinir çit, oxunur xit, buna bir fit.
Başa sal, çala-çala getsin, nə isə, bala-bala getsin.
Qabağa dala-dala getsin.
Yəni hər söhbəti, hər qeybəti
İnternetə girsin ki,
Şəkillərlə bütün yan görüb hər yan,
Verib elan.
Bu gözəl can bizi heyran edib əfsus, hələlik sus!
Nəyə lazımdı çəkək ad? Bitəcək dad.
Elə sözlə, iki ustad: Qədim Elşad
Bir ağıl-zad qoya başına, bu fikirdən daşınaşna.
Qalıb özbaşına və sərbəst şou-biznes, şou-biznes. (x2)

Hook x2 (Qədim x Elşad)

Şou-biznes, şou-biznes, bura pul gələn bunlardı.
Şou-biznes, şou-biznes, taxılan sırqa, qulaqdı.

Song Comments
On Şou Biznes by Elşad Xose

Must have JavaScript enabled to comment.